Rüfət Dadaşov 20-ci qolunu vurdu

Rüfət Dadaşov 20-ci qolunu vurdu
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo” yoxlama görüşündə "Oberlusitz”lə qarşılaşıb.
Çempionat oyununu buraxan IV Bundesliqa təmsilçiləri Berlində üz-üzə gəliblər. Cəmi 50 azarkeşin izlədiyi matç "Dinamo”nun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Berlin klubunun heyətində qollara Filipp Şults və komandanın bombardiri Rüfət Dadaşov imza atıblar. Bu Rüfətin cari mövsümdə 20-ci qolu olub.
Qeyd edək ki, "Dinamo” fevralın 28-də IV Bundesliqanın XIX turundan təxirə salınmış matçda "Nordhauzen”lə səfərdə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər