Hollandiya yığmasının sabiq futbolçusu Rud Qullit “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın düzgün yolda olmadığını və bu gedişlə azarkeşlərin qəzəbinə tuş gələcəyini deyib. Fanat.Az xəbər verir ki, futbol tarixinə adını qızıl həriflərlə yazdıran Qullit qaradərili fransızı belə “qamçılayıb”:
“Poqba futbol tarixinin ən bahalı futbolçusu ola bilər. Amma o, saç düzümü, geyim və sosial şəbəkələrə bu dərəcədə vaxt ayırsa, gözdən düşəcək. Pol MY-ni “Lion”a dəyişən Memfis Depayla danışmalı və başa düşməliydi ki, İngiltərədə yüksəklərə qalxmaq istəyən oyunçu özünü yalnız futbola həsr etməlidi. Ağlını başına yığmasa, azarkeşlərin qəzəbinə tuş gələcək”.
Xatırladaq ki, 2016-cı ilin yayında Poqba “Yuventus”dan rekord məbləğə 105 milyon avroya transfer olunub.
Fanat.Az