Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys klubu yeni müqavilə ilə bağlı danışıq apardığını və iş yerini dəyişmək niyyətində olmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçunun dediklərini jurnalist Alfredo Pedulla şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"Karyeramın sonuna qədər Dortmundda qalmaq istəyərdim. Hazırda danışıq aparırıq və hər şey gələn həftə bilinəcək".
Qeyd edək ki, Roys 2012-ci ildən "Borussiya"nın uğurları üçün çalışır. Onun "arılar"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat