Fransa millisinin və "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, "Mançester Yunayted" 31 yaşlı forvarda elçi düşüb. "Qırmızı şeytanlar" Qrizmannı 1 ay əvvəl komandada ayrılan ulduz futbolçu Kriştianu Ronaldunun yerinə almaq istəyirlər.
Keçidin baş tutması üçün klub rəhbərliyi 60 milyon ödəməyə hazırdır.
Röya