Ronaldunun klubu MY-nin müdafiəçisinə elçi düşdü

Ronaldunun klubu MY-nin müdafiəçisinə elçi düşdü

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu qış ​​transfer pəncərəsində müdafiə xəttini kiminlə gücləndirəcəyini müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldunun komandası "Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissakanı transfer etməyə hazırlaşır.

İnformasiyanı “The Telegraph” yayıb. Mənbənin məlumatına görə, ərəblər "qırmızı şeytanlar"ın müdafiəçisi üçün cəlbedici təklif göndərməyi planlaşdırır. 

Van-Bissakanın MY ilə hazırkı müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir. 

26 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 17 oyun keçirib və 2 məhsuldar ötürmə edib. 

"Transfermarkt" Aaron Van-Bissakanı 20 milyon avro dəyərində qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər