"Ronaldunun gedişi onu ulduza çevirdi"

"Ronaldunun gedişi onu ulduza çevirdi"

İngiltərə millisinin və "Nyukasl"ın sabiq hücumçusu Alan Şirer Markus Reşfordun ötən mövsümdəki çıxışından danışıb. 

Fanat.Az xəbər verir ki, "Daily Mail" veteran futbolçunun dediklərini belə çatdırıb:

“Şübhəsiz, ten Haq Markusun irəliləyişinə böyük təsir göstərib. Reşford şansları dəyərləmdirməkdə yaxşıdır. O, bu mövsüm əla formada idi. Amma onun inkişafına təsir edən əsas şey Ronaldunun gedişi oldu. Kriştianunin "Mançester Yunayted"dən ayrılması Markusu komandanın əsas ulduzuna çevirdi". 

Reşford ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 17 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər