“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının yaranma günü şərəfinə təşkil olunan bayram mərasimində iştirak edib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə "Twitter"də paylaşım edib. Ronaldunun paylaşdığı videoda onun qılınc yellədiyi, Səudiyyə Ərəbistanının milli geyimində pozalar verdiyi və stadionda təşkil olunan yürüşdə iştirak etdiyi görünür. O, paylaşımına belə şərh yazıb: “Səudiyyə Ərəbistanının yaranma günü mübarək olsun! Bu bayramda iştirak etmək xüsusi təcrübədir”.
Happy founding day to Saudi Arabia ?? Was a special experience to participate in the celebration at @AlNassrFC ! pic.twitter.com/1SHbmHyuez
— Cristiano Ronaldo (@Cristiano) February 22, 2023
Mirağa