"Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin uzadılması barədə danışıqlar aparmır.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı hücumçunun və onun agenti Jorje Mendeşin qərarını gözləyir.
Təcrübəli oyunçu bu yay klubu tərk edib-etməyəcəyini rəhbərliyə bildirməlidir. Daha əvvəl mətbuatda Ronaldunun İngiltərənin "Mançester Yunayted", Portuqaliyanın "Sportinq" və ya İspaniyanın "Real Madrid" klubuna qayıda biləcəyi yazılıb.
Qeyd edək ki, Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real"dan 117 milyon avroya transfer olunub.