Ronaldu yaşadığı evi qoyunlara görə dəyişdi

Ronaldu yaşadığı evi qoyunlara görə dəyişdi

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) və ailəsi yaşadıqları yeri dəyişmək məcburiyyətində qalıb.

Fanat.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, buna səbəb ətrafda olan qoyunların səsi olub. Roanldu ailəsi ilə yaşadıqları ərazi bu baxımdan olduqca səs-küylüdür. 

Mənbənin məlumatına görə ulduz futbolçu həm də təhlükəsizlik sisteminin etibarsız olduğundan şikayətlənib.

Həmin evin illik kirayə haqqı 7 milyon funt sterlinq təşkil edirdi. Hazırda Kriştianu və ailəsi Çeşir qraflığında, əvvəlkindən iki dəfə ucuz başa gələn malikanədə yerləşib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər