Ronaldu Səudiyyə Ərəbistanında hədəfdən yayınmır - Statistika

Ronaldu Səudiyyə Ərəbistanında hədəfdən yayınmır - Statistika

Ötən gün Səudiyyə “Əl-Nəsr” səfərdə “Əl-İttifaq”ı 3:0 hesabı ilə məğlub edib.

Fanat.Az "Opta"-ya istinadla xəbər verir ki, matçda hesabı penaltidən açan Kriştianu Ronaldu Ərəbistanı çempionatında seriyasını davam etdirib. 

Portuqaliyalı "Əl-Nəsr"də 16 penaltinin hamısını qola çevirməyi bacarb.

Ümumilikdə Ronaldu karyerasında 195 dəfə "ağ nöqtə"yə yaxınlaşıb və bunlardan 165-ni qola çevirib. Argentinalı Lionel Messi isə 140 dəfə "11 metrə" yerinə yetirib və 109-da dəqiq olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər