Ronaldu Ramosu belə duyuq saldı - FOTO

Ronaldu Ramosu belə duyuq saldı - FOTO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyununda maraqlı anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, parislilərin 5:4 hesablı qələbəsi ilə görüşün startına dəqiqələr qalmış Kriştianu Ronaldu rəqib komandanın formasını geyinən Serxio Ramosla söhbətləşib.

Söhbət zamanı 37 yaşlı portuqaliyalı "Real Madrid"də uzun müddət komanda yoldaşı olmuş Ramosun qulağında sırğa olduğunu görüb. Bunun futbol qaydalarına zidd olduğunu bildirən Ronaldu zinət əşyasını çıxartmadığını xatırladıb. Futbolçular gülümsəyərək bir-birinə uğurlar arzulayıblar.

Ronaldu Ramosu belə duyuq saldı - FOTORonaldu Ramosu belə duyuq saldı - FOTO

Qeyd edək ki, Ramos bu qarşılaşmada 1 Ronaldu 2 qolla yadda qalıb. Portuqaliya millisinin təcrübəli ulduzu oyunun ən yaxşı futbolçusu seçilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər