Ronaldu oyun bitməmiş getdi - FOTO

Ronaldu oyun bitməmiş getdi - FOTO

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan "Mançester Yunayted" - "Tottenhem" matçında (2:0) "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyən və 90-cı dəqiqəyə qədər forma şansı qazanmayan 37 yaşlı superulduz final fitini gözləmədən paltardəyişmə otağına yollanıb.

Portuqaliyalı forvard baş məşqçi Erik ten Haqa etirazını bu yolla çatdırıb.

Ronaldu oyun bitməmiş getdi - FOTO

Qeyd edək ki, qələbə sayəsində xal hesabını 19-a çatdıran MY turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər