Ronaldu Kavaninin gedişinə səbəb ola bilər

Ronaldu Kavaninin gedişinə səbəb ola bilər

Ulduz futbolçu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) transferindən sonra Edinson Kavani (Edinson Cavani)  "Mançester Yunayted"i tərk etməyi planlaşdırır.

Fanat.Az "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, futbolçu artıq qış "transfer pəncərəsi"ndə yeni kluba keçmək niyyətindədir.

Səbəb isə Kavaninin daha çox oyun vaxtı əldə etmək istəyidir.

Xatırladaq ki, 34 yaşlı futbolçu 2020-ci ildə "Mançester Yunayted"ə keçib, hazırki müqaviləsinin müddəti 2022-ci ilin iyununa qədər qüvvədədir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər