"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Instagram"da 300 milyon təqibçisi olan ilk insan olub.
Fanat.Az xəbər verir ki, Ronaldunu 246 milyon təqibçi ilə aktyor Dueyn Conson izləyirsə, 244 milyon şəxsin maraq dairəsində olan müğənni Ariane Qrande üçüncüdür. Dördüncü yerdəki model Kayli Cenner də (241 milyon) adından söz etdirənlər siyahısındadır.
Qeyd edək ki, Lionel Messinin "Instagram"da 219, Neymarın 152 milyon milyon izləyicisi var.
Atilla