Ronaldu iddialı danışdı: "4-5 ilim qalıb, amma..."

Ronaldu iddialı danışdı: "4-5 ilim qalıb, amma..."

Portuqaliya yığmasının və "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu fiziki durumundan razıdır.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə "Dazn"a açıqlamasında bildirib:

“Bilirəm ki, çox ilim qalmayıb. Hardasa dörd-beş ilim var. Daha çox titul qazanmaq istəyirəm. Formamdan çox razıyam, hələ də qol vururam. Həm milli komandaya, həm də “Mançester Yunayted”ə kömək edirəm. Bu ruhda davam etmək istəyirəm".

Qeyd edək ki, fevralın 5-də Ronaldunun 37 yaşı tamam olub. 2002-ci ildən peşəkar karyeraya başlayan forvard  bu günədək 800-dən çox qol vurub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər