"Ronaldu getsə..." - Pol Skoulz

"Ronaldu getsə..." - Pol Skoulz

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz Kriştianu Ronaldunun durumu barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, veteran futbolçu "BT Sport"un efirində belə danışıb:

"Sauthempton"la oyuna baxanda Kriştianunun komandaya lazım olduğunu düşündüm. Hücumun mərkəzində boşluq hiss etdim. Əlbəttə, meydanda olmadığı müddətdə Ronaldunun yeri görünürdü. Təbii, 37 yaşın varsa, sürətinə güvənə bilməzsən. Ancaq o, asmaları tamamlamaq və top saxlamaq baxımından çox iş görə bilər. Ümid edirəm ki, Ronaldu qalacaq. Əgər getsə, yeni mərkəz hücumçusu alınmalıdır".

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 4-cü turunda "Sauthempton"u 1:0 hesabı ilə yenib. Bu mövsüm qol vura bilməyən Ronaldu 68-ci dəqiqədə meydana çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər