Rusiyalı rəssam İrina Ramanovskaya futbolçu Kriştiano Ronaldonun portretini çəkib.
Rəssam bu əsəri sinəsi ilə ərsəyə gətirib. İrina Ronaldonun şəklini çəkməklə onu dekabrın 12-də “Qızıl top” mükafatı alması münasibəti ilə təbrik edib.
“Ronaldonu “Qızıl top” mükafatını almaq münasibəti ilə təbrik edir, ona uğurlar arzulayıram. Məncə, hər bir futbolçu belə bir karyera arzulayır. Təbriklər! Portreti sinəmlə çəkmişəm”, - deyə Ramanovskaya bildirib.
Qeyd edək ki, bu rəssamın ilk işi deyil. Bundan əvvəl o, Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Barak Obama, aktyor Leonardo DiKaprio və futboçu Lionel Messinin də porterlərini sinəsi ilə çəkib. (Axşam.az)
Fanat.Az