Ronaldodan yubiley het-triki

Ronaldodan yubiley het-triki

Kriştianu Ronaldo 2018-ci ildə bombardirlik bacarığını yenidən ortaya qoyur. Fanat.Az xəbər verir ki, ardıcıl 8-ci oyunda rəqib qapılarına yol tapan superulduz bu il meydana çıxdığı 13 görüşdə 21 top vurub.

 

La Liqanın XXIX turunda "Jirona” üzərində qələbənin (6:3) memarı olan Ronaldo pokerlə yadda qalıb. 33 yaşlı futbolçu 11, 47 və 64-cü dəqiqələrdəki qollardan sonra karyerası ərzində 50-ci dəfə het-trikə imza atıb. O, "Real”da 44, Portuqaliya millisində 5, "Mançester Yunayted”də isə 1 dəfə oyunda 3 və daha çox qol vurub.

 

 

Qeyd edək ki, Ronaldo La Liqada qollarının sayını 22-yə çatdırıb və bombardirlər yarışına başçılıq edən Lionel Messidən 3 top geri qalır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər