Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldonun "twitter" hesabında etdiyi paylaşım izləyicilərinin alqışını qazanıb.
Fanat.az xəbər verir ki, 31 yaşlı oyunçu suriyalı uşaqlar üçün təşkil olunan kampaniyaya dəstək verib.
O, əlində 5 yaşlı Suriyadan olan Aymanın şəkilini tutaraq, oğlu ilə birlikdə fotosunu paylaşıb. O, şəkilə "Futbol oynamağı balaca Kristiano (oğlu) qədər sevən Ayman kimi suriyalı uşaqları xilas edin" başlığını yazıb.
Ronaldonun sözügedən paylaşımı 1 milyon izləyicisi tərəfindən bəyənilib.
Fanat.az