Ötən gecə "Atletiko"nu penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edən "Real" 11-ci dəfə Çempionlar Liqasının qalibi oldu.
Fanat.az xəbər verir ki, finaldan sonra "kral klubu"nun ulduz futbolçusu Kriştiano Ronaldo qitənin bir nömrəli yarışının qalibi olmaları haqda açıqlama verib.
O, nəyə görə penaltini sonuncu vurduğuna aydınlıq gətirib: "Çox məhtəşəm bir andı. Adamın başını gicəlləndirən zəfərdi. Bir neçə gün bundan əvvəl bu anın yuxusunu görmüşdüm. Son qolu vururam və zəfər bizimdi. Buna görə də Zidana penaltini 5-ci olaraq vurmaq istədiyimi dedim. Zidan möhtəşəm bir iş bacardı. O, bunu haqq etdi. Zidana görə çox xoşbəxtəm".
Fanat.az