Portuqaliya yığmasının Millətlər Liqasının 6-cı turununda Xorvatiya seçməsininə qarşı oyunu Kriştianu Ronaldo üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, Portuqaliyanın 3:2 hesabı ilə qalib gəldiyi matçda 35 yaşlı hücumçu milli komanda ilə 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini ötüb. Xavinin aktivində milli komandada 100 qələbə var.
Daha əvvəl bildirilirdi ki, Ronaldo Avropada milli yığmanın heyətində 100 qələbə matçında iştirak edən 4-cü oyunçu olub. Ondan başqa İspaniya yığmasının üç oyunçusu - Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) bu uğura imza atıblar.