Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

Dünya futbolunun canlı əfsanəsi Ronaldo sahibi olduğu "Kruzeyro" (Braziliya) klubunu satdıqdan sonra 2018-ci ildən prezidenti olduğu İspaniya "Valyadolid"i ilə bağlı da eyni addımı atacağı gözlənilir.

Fanat.Az xəbər verir ki, bu barədə “Marca”ya danışan sözügedən komandanın baş məşqçisi Paulo Pezzolano 47 yaşlı funksionerin bunu planlaşdırmadığını deyib: 

"Biz sakitik, özümüzə güvənirik. Ronaldonun sayəsində "Valyadolid" indi tam fərqli klubdur. O, infrastrukturu təkmilləşdirib və komandada daha çox peşəkarlıq var. Bunu təqdir etmək lazımdır. Ronaldonun gördüyü işlər göz qabağındadır və mən bilirəm ki, o, tezliklə klubumuzu satmaq fikrində deyil”.

Qeyd edək ki, iki dəfə “Qızıl top” mükafatını qazanan Ronaldo Braziliya millisinin heyətində iki dəfə dünya çempionu olub. 

“Valyadolid” ötən mövsüm La Liqanı 18-ci pillədə başa vuraraq aşağı liqaya düşüb. Cari mövsümdə “ağ-bənövşəyilər” Sequndada 37 turdan sonra 2-ci yeri tuturlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər