Ronaldo tarixi uğurundan danışdı

Ronaldo tarixi uğurundan danışdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ardıcıl dörd Avropa çempionatının hamısında qol vurmasını şərh edib.

Dünən Macarıstanla 3:3 hesabı ilə yekunlaşan oyunda dubl edən hücumçu UEFA-nın saytına bildirib ki, bütün bunlar onu sevindirir:

“Bu, yeni bir rekorddur. Hər şey təbii olaraq baş verib. Deməzdim ki, sevinmirəm. Amma ən əsası komandamızın qrupdan çıxması idi. Qarşıda bizi daha çətin oyun gözləyir”.

Ronaldo “Avro-2016”nın 1/8 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyun barədə də fikirlərini açıqlayıb: “Şanslar 50/50-dir. Xorvatların yaxşı oyunçuları var. Bu komandaya hörmət edirik. Bu gün heç də hər bir komanda İspaniyaya qalib gələ bilməz, amma Xorvatiya bunu bacarıb. Biz də öz gücümüzə bələdik və sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, Kriştiano Ronaldo dalbadal dörd Avropa çempionatının final mərhələsinin hamısında qol vuran ilk futbolçu kimi tarixə düşüb.(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər