Ronaldo qadın geyimində - FOTO

Ronaldo qadın geyimində - FOTO

Meydandakı oyunu ilə yanaşı, ondan kənarda da daim diqqət mərkəzində olan Kriştianu Ronaldo yenidən gündəmə gəlib. Fanat.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı bu dəfə geyimi ilə hər kəsi təəccübləndirib.

Avropa çempionatında qrup mərhələsinin ilk iki turunda qələbə qazana bilməyən portuqaliyalılar Avstriya ilə matçda buna çox yaxın olsalar da, məhz Ronaldo son dəqiqələrdə penaltini qola çevirə bilməyib. Matçdan sonra isə ulduz futbolçunun geyimi uğursuz çıxışı unutdurub. Belə ki, komandanın avtobusuna tərəf gedərkən Ronaldonu dar və transparan corabda görənlər şoka düşüblər. Ronaldonu adətən qadınların geyindiyi uzun corabda görənlər buna müxtəlif formalarda izah gətirməyə çalışıblar. Bəziləri bu geyimin insan sağlamlığına xeyirli olduğunu bildirərək, futbolçunun belə seçim etdiyini düşünürlər.

Ronaldo qadın geyimində - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər