Kriştiano Ronaldo karyerasını bitirəndən sonra hansı işlə məşğul olacağını açıqlayıb. Fanat.az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu yaşıl meydanlardan ayrıldıqdan sonra moda ilə məşğul olacağını deyib:
"Yaxşı geyinməyi sevirəm, həmişə baxımlı görünməyə çalışıram. Moda xoşuma gəlir. Karyeramı başa vurduqdan sonra bu sahədə çalışmağı düşünürəm".
Fanat.az