Ronaldo karyerasını başa vuracağı komandanı açıqladı

Ronaldo karyerasını başa vuracağı komandanı açıqladı
Portuqaliya yığmasının və “Real"ın ulduzu Kriştiano Ronaldo gələcək planları haqqında danışıb. Fanat.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasının sonuna qədər “Kral Klubu”nda oynamaq istəyini deyib. 
31 yaşlı futbolçu “Real” ilə müqaviləsini uzatmaq istəyir: "Təbii ki, mən burada qalmaq istəyirəm. Karyeramı "Real"da bitirmək istəyirəm. Çempionlar Liqasının final oyunundan sonra, ola bilsin, yeni müqavilə imzaladım. Baxarıq necə olacaq. “Real”ın mənimlə yeni müqavilə bağlaması doğru olar, məncə. Mən Madriddə xoşbəxtəm. Özümü heç bir klubda görmürəm”.
Bir müddət əvvəl belə bir xəbər yayılmışdı ki, Ronaldo ilə PSJ və "Mançester Yunayted" maraqlanır. Çempionlar Liqasının final oyunu mayın 28-də baş tutacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər