Ronaldo iftar üçün milyon yarım verdi

Ronaldo iftar üçün milyon yarım verdi

"Yuventus”un hücumçusu Kristiano Ronaldo səxavəti ilə növbəti dəfə gündəmə gəlib.

 

 

Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.

Qeyd edək ki, bu, Ronaldonun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər