Ronaldo hansı kluba keçir? - ŞOK İDDİA

Ronaldo hansı kluba keçir? - ŞOK İDDİA
"Real"ın ulduzu Kriştiano Ronaldo ilə bağlı yeni iddia ortaya atılıb. Fanat.az xəbər verir ki, portuqaliyalı futbldçunun Parisdə PSJ rəsmiləri ilə görüşdüyü və transfer danışıqları apardığı iddia olunub.
Məlumatı dünyanın ən böyük futbol nəşrlərindən olan "France Football" yayıb. Dərgi iddia edib ki, uzun müddətdi Ronaldonu heyətinə qatmağa çalışan PSJ transfer danışıqlarını sürətləndirib və klubun sahibi Nasir Əl-Xəlifə portuqaliyalı futbolçu ilə şəxsən görüşüb.
"Real"ın Çempionlar Liqasında "Volfsburq"la keçirdiyi oyundan sonra özəl təyyarə ilə Parisə yollanan Ronaldo burda klub sahibi ilə biraraya gəlib. Görüş Fransanın paytaxtındakı lüks otellərdən birində gerçəkləşib. 
Qeyd edək ki, Ronaldo cari mövsümdə meydana çıxdığı 43 rəsmi oyunda 47 qol vurub və 15 məhsuldar ötürmə edib. O, La Liqanın (31 qol) və Çempionlar Liqasının (16 qol) bombardirlər yarışına başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər