"AVRO-2016"nın final qarşılaşmasında dizindən zədələnən Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo UEFA Super Kuboku uğrunda oyunu buraxacaq.
Fanat.az xəbər verir ki, avqustun 9-da “Sevilya” ilə qarşılaşmada onun “Real”a kömək etməyəcəyi dəqiqləşib. Adətən belə zədələrdən sonra bərpa prosesinin 6-8 həftə çəkdiyi söylənilir. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da komandanın aparıcı üzvünün sağlamlığını riskə atmağı düşünmür.
Fanat.az