Ronaldo daha bir oyun buraxacaq

Ronaldo daha bir oyun buraxacaq

"Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir oyun buraxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu zədə səbəbindən La Liqanın 36-cı turunda "Real Sosyedad"a qarşı oynamayacaq.

Zədəsinin müalicəsi davam edən K.Ronaldonun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı cavab matçında iştirak edib-etməyəcəyinə isə oyun günü qərar veriləcək.

Qeyd edək ki, K.Ronaldo zədə səbəbindən La Liqada "Rayo Valyekano" ilə görüşü və ÇL-də "Mançester Siti" ilə ilk oyunu buraxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər