"Ronaldo bombardir olmaq istəyir"

"Ronaldo bombardir olmaq istəyir"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisiniyaxşılaşdırmağa çalışacaq. O, A seriyasının ən yaxşı bombardiri olmaq istəyir".

Qeyd edək ki, Ronaldo bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A seriyasında bombardirlər siyahısına 23 qolla "Sampdoriya"nın hücumusu Fabio Kvalyarella başçılıq edir.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər