Ronaldo, Bekhem və Castin Biber bir arada Ronaldo

Ronaldo, Bekhem və Castin Biber bir arada Ronaldo

"Real"ın portqal ulduzu Kriştiano Ronaldo və müğənni Castin Biber "Goal" ("Qol") adlı filmin dördüncü seriyasında birgə çəkiləcəklər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmdə onlardan başqa keçmiş futbolçu Devid Bekhem və aktyor Klint İstvud da yer alacaq. 100 milyon funt sterlinqlik büdcəsi olan ekran işi Los-Ancelesdə yaşayan gənc bir futbolçunun yüksəlişi haqda olacaq.

"Real" Ronaldonun filmdə rol almasına və çəkilişlərin "Santyaqo Barnabeu" stadionunda baş tutmasına icazə verib. Hazırda Castini razı salmaq üçün təkliflər müzakirə edilir. Çəkilişlər növbəti ilin martında start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər