"Real"ın ulduzu Kriştiano Ronaldo özünə ad günü keçirib. Fanat.Az xəbər verir ki, portuqaliyalı 32 yaşını evdə - anası Dolores və oğlu ilə birgə qeyd edib.
Kriştiano ilə evlənməyə hazırlaşan Georginanın sevgilisinin doğum gününə gəlməməsi maraq doğurub.
Qeyd edək ki, 5 illik münasibətdən sonra rus model İrina Şeykdən ayrılan Ronaldo yeni sevgilisini ilk dəfə rəsmi olaraq "FİFA-2016"nın mükafatlandırma mərasimində ictimaiyyətə təqdim etmişdi.
Fanat.Az