Portuqaliya yığmasının və İspaniyanın "Real"ın futbolçusu Kriştiano Ronaldo karyerasında 500-cü qolunu vurub. Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu buna Dünya Klublar Kubokunun yarımfinal oyununda nail olub.
Ronaldo Meksikanın "Amerika" klubu ilə keçirilən görüşdə komandasının ikinci qolunun müəllifi olub. İlk qol isə Kərim Benzemanın aktivinə yazılıb.
O, Portuqaliyanın "Sportinq" klubunda 5, İngiltərə "Mançester Yunayted"ində 118, "Real Madrid"də isə 377 dəfə fərqlənib.
Qeyd edək ki, kubokun final oyunu "Real Madrid" və Yaponiyanın "Kasima Antlers" klubları arasında keçiriləcək. Qaşrılaşma dekabrın 18-də Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Fanat.Az