Ronaldinyo Xavi barədə: "Mənim üçün sürpriz olmadı"

Ronaldinyo Xavi barədə: "Mənim üçün sürpriz olmadı"

Braziliyalı veteran futbolçu Ronaldinyo "Barselona"nın baş məşqçisi Xavi haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "top sehrbazı" Kataloniya klubunun mətbuat xidmətinə danışıb:

“Onun etdiyi hər şey yaxşı gedir. Mən ona görə çox sevinirəm və ümid edirəm ki, bu, gələcəkdə də uğur onunla olacaq. Xavi təkcə böyük oyunçu yox, həm də gözəl insandır. Onun "Barselona"ya qayıtması əla oldu.

Mən həmişə onun məşqçi olacağını düşünürdüm, hətta biz hələ bir yerdə oynayanda belə. Bu mənim üçün sürpriz olmadı. O, böyük nailiyyətlər əldə edəcək. Şübhəsiz, Xavi bunu futbolçu kimi edib”.

Qeyd edək ki, Xavinin gəlişindən sonra "Barselona" bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıb. Kataloniyalılar sonuncu dəfə yanvarın 20-də İspaniya kubokunda son matçında "Atletik"ə 2:3 hesabı ilə uduzub. Bundan sonra Xavinin yetirmələri 10 qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər