Robinyo həbsxanada ustalıq edir - Vəkili açıqladı

Robinyo həbsxanada ustalıq edir - Vəkili açıqladı

Braziliya millisinin və “Real Madrid”, “Mançester Siti”, "Milan" kimi Avropanın nəhəng klublarının keçmiş hücumçusu Robinyo ilə bağlı yeni xəbər var.

Fanat.Az "Dario AS"-a istinadən xəbər verir ki, təcavüzdə günahlandırılan və İtaliya məhkəməsi tərəfindən 9 illik həbsə məhkum olunan, cəzasını Braziliyada çəkən sabiq vinger həbsxanadakı günlərini mümkün qədər maraqlı etməyə çalışır.

40 yaşlı veteran həbsxanada vaxtını yeni bacarıqlar öyrənməyə həsr edir. O, məhkumların reabilitasiyası və cəzaçəkmə müəssisəsini tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasını asanlaşdıran proqramın bir hissəsi olaraq, Braziliya Universal İnstitutunda 600 saatlıq elektronika kursuna yazılıb və burada televizor, radio və digər məişət texnikası cihazlarınını təmir etməyi öyrənib. 

Bu barədə Robinyonun vəkili Mario Rosso belə deyib: “Robinyo başını aşağı salıb sakitcə vaxtını keçirir. O, nümunəvi məhbusdur və digər məhbuslarla heç bir problemi olmayıb. Elektronika kurslarına gəlincə, onun bundan həzz aldığını söyləmək çətindir, lakin bu, ona vaxt keçirməyə kömək edir. Bundan əlavə, o, həm də məhbuslara ayda 500 kitabın təklif olunduğu bir proqrama könüllü olaraq imza atıb".

Qeyd edək ki, İtaliya məhkəməsi Robinyonun 2013-cü ildə Milanda gecə klubunda 23 yaşlı alban qadına qarşı qrup şəklində təcavüzdə günahlandıraraq həbs edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər