Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"
"Bura gəldiyim zaman komanda liqanın sonuncu pilləsində idi və hər kəs "Kayserispor" elitanı tərk edəcəyini düşünürdü. Oyunçularımız bu oyunda hər şeylərini verdilər. "Beşiktaş"a qarşı inanılmaz bir qələbə qazandılar. Deyə bilərəm ki, hətta insandan da üstün mübarizə apardıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqasının XXX turunda "Beşiktaş"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Gələn mövsüm də Super Liqada davam etmək üçün böyük fürsət yaxaladıqlarını söyləyən 51 yaşlı mütəxəssis iyulun 9-da "Rizespor"la keçirəcəkləri səfər matçına köklənmələrinin gərəkliyini diqqətə çatdırıb. Bununla belə, Prosineçki "Beşiktaş" kimi böyük komandanı yenməyin ləzzətini yaşamalarının da vacibliyini vurğulayıb. O, qalan 4 turun yekununda Super Liqada qala biləcəklərinə ümidvar olduğunu bildirib. 
Qeyd edək ki, bu qələbə sayəsində xalını 31-ə çatdıran "Kayserispor" 18 komanda arasında 14-cü pilləyə yüksəlib və təhlükəli zonanı tərk edib. 50 xala malik "Beşiktaş" isə çempionluq şansını tam itirib. "Rizespor" isə hazırda 29 xalla 17-ci yerdə gedir. 
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər