Rizvan Fərzəliyevin arzusu baş tutmadı

Rizvan Fərzəliyevin arzusu baş tutmadı

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə ciddi itki ilə yollanacaq. 

Fanat.Az xəbər verir ki, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək. 

Buna səbəb onun ciddi zədəsinin olmasıdır. Beləliklə, klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmamağa qərar verib. O, müalicəsini Bakıda davam etdirəcək. Bu o deməkdir ki, Rizvan Fərzəliyevin ÇL-də oyun sayına görə mütləq rekordçu istəyi baş tutmayacaq. Qitənin ən nüfuzlu klub turnirində 69 oyun keçirən millimizin üzvü avqustda baş tutan ilkin mərhələdə dünya ulduzu Lucionun rekordunu təkrarlamışdı. Rizvan Fərzəliyevin yoxluğunda zədəsini sağaldan və bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

“Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov

Sahə oyunçuları: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

Onu da qeyd edək ki, “Araz-Naxçıvan” səfərə sabah Bakı-İstanbul-Lvov hava reysi ilə çıxacaq, Lvovdan isə İvano Frankivskiyə təxminən 120 kilometrlik yolu avtobusla gedəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər