Rioda yanğın: idmançılar evakuasiya edildi

Rioda yanğın: idmançılar evakuasiya edildi

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda yanğın baş verib. Fanat.Az xəbər verir ki, bu, velosiped yarışının iştirakçılarına ciddi mənada təsir edib.

Hadisə şəhərin qərbində yerləşən Deodoro bölgəsində olub. Meşədə baş verən yanğın küləyin də təsiri ilə qısa müddətdə geniş yayılıb. Yanğın dağ velosipedi üzrə iştirakçıların məskən saldığı bölgəyə yaxınlaşdığından, onlar həmin ərazidən dərhal köçürülüblər.

Bu hadisə qadınlar arasında keçirilən otüstü hokkey oyunlarına da təsirsiz ötüşməyib. Belə ki, ABŞ – Almaniya və Böyük Britaniya – İspaniya qarşılaşmaları zamanı ərazini duman bürüsə də, bu görüşlər sona qədər oynanılıb.

Qeyd edək ki, Beynəlxalq Velosiped Birliyi rəsmiləri sabah keçiriləcək dağ velosipedi üzrə yarışlar öncəsi Deodoro bölgəsinə gedərək, idmançıların yarışacağı ərazilərə baxış keçirəcəklər.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər