Rio-2016: Radik İsayev 1/4 finalda

Rio-2016: Radik İsayev 1/4 finalda
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev mübarizəyə başlayacaq.
 
+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
 
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayacaq. Görüş 23.45-də start götürəcək.
 
Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər