Ridvan Dilmən "NTV Spor"dan gedir

Ridvan Dilmən "NTV Spor"dan gedir
Ridvan Dilmən Tanınmış şərhçi mövsümün sonunda iş yerini dəyişəcək.
Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "NTV Spor"un "90 Dakika" proqramında Güntekin Onayla birlikdə çalışan Ridvan Dilmən mövsümün sonunda kanaldan ayrılacaq. Onun yeni mövsümdən "LİG TV"də görünəcəyi, orda müəllif proqramında aparıcılıq edəcəyi gözlənilir.
Xatırladaq ki, son günlər "NTV Spor"da maliyyə probleminin yaşandığı və idman kanalının tezliklə bağlanacağı haqda iddialar səslənir.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər