Riçard Almeyda: "Əvvəlki formamda olmadığımı qəbul edirəm"

Riçard Almeyda: "Əvvəlki formamda olmadığımı qəbul edirəm"

"Qarabağ"ın futbolçusu Riçard Almeyda "Kopenhagen"lə oyunla bağlı danışıb. Fanat.Az xəbər verir ki, millimizin üzvü Danimarka təmsilçisi ilə ilk oyunu ərəfəsində təşkil edilən mətbuat konfransında iştirak edib: 

"Bizi asan olmayan oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var. Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq. Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər