"Qarabağ"ın futbolçusu Reynaldonun vətəni Braziliyada avtomobil qəzasında düşdüyünü xəbər vermişdik. Fanat.az xəbər verir ki, "sambaçı" şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motoskiletlə hərəkət edəni vurub.
Ancaq legioner futbolçu sərbəst buraxılıb. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib:
"Mövsümlərarası fasilə dönəmində vətənində olan futbolçumuz Reynaldo idarə etdiyi avtomobillə qəza keçirib. Hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb. Qeyd edim ki, hadisə zamanı Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələylə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik".
Fanat.az