Reynaldo qol vurmağı unudub

Reynaldo qol vurmağı unudub

“Qarabağ”ın hücumçusu Reynaldo Silva qol vurmağı unudub. Fanat.Az xəbər verir ki, braziliyalı hücumçusu sonuncu dəfə sentyabrın 25-də - Topaz Premyer Liqasının VI turu çərçivəsində “Kəpəz”i məyus edib (1:1). O, Gəncədə komandasının bərabərlik qoluna imza atıb.

Açılış həftəsində “İnter”lə səfər matçında hesabı açan (2:1), IV turda AZAL-la görüşdə (6:0) dubl edən Reynaldonun aktivində cəmi 4 qol var. Bu isə onun ötən mövsümdəki düşüşünü davam etdirdiyindən xəbər verir. 

Qeyd edək ki, sonuncu çempionatda cəmi 5 qol vuran “sanbaçı”, 2013/14 mövsümündə 14, növbəti birincilikdə 22 dəfə rəqib qapısına yol tapıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər