Reynaldo bu gün meydana çıxa bilər - 167 gün sonra

Reynaldo bu gün meydana çıxa bilər - 167 gün sonra

"Qarabağ"ın futbolçusu Reynaldo Silva sağalıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçunun adı saat 15.00-da başlayacaq "Qəbələ" ilə oyunun protokoluna salınıb.

Baş məşqçi Qurban Qurbanov oyunun gedişində Reynaldonu meydana buraxa bilər. Bu baş versə, braziliyalı 167 gün sonra meydana çıxacaq. Belə ki, o, sonuncu dəfə ötən ilin 4 oktyabrında "İnter"lə keçirilən Premyer Liqanın VII tur matçında oynayıb. Həmin qarşılaşmanın 71-ci dəqiqəsində oyuna daxil olan və 90+3-cü dəqiqəsində komandasının ikinci qolunu vuran Reynaldo indiyədək zədə səbəbindən kənarda qalmışdı.

Qeyd edək ki, Reynaldo cari mövsümdə cəmi 5 Premyer Liqa matçına çıxıb və 298 dəqiqə oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər