“Rəvan”a cərimə kəsildi

“Rəvan”a cərimə kəsildi

AFFA İntizam Komitəsi I Divizionun IX turunun oyunları ilə bağlı müfaiq qərarlar çıxardıb.

Fanat.Az xəbər verir ki, “Energetik” – “Rəvan” matçının 59-ci dəqiqəsində qonaqların futbolçusu Eltun Xudadatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində paytaxt təmsilçisini  futbolçusu Elnur Abdulov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 320 manat cərimələnib.

“Səbail” – “Şahdağ” görüşünün 65-ci dəqiqəsində qonaqların futbolçusu Habil Nurəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cərimə kəsilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər