Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub etdi - VİDEO

Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub etdi - VİDEO

Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 

Fanat.az xəbər verir ki, dünya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi ilk görüşündə xorvatiyalı Dominik Etlingeri 19 saniyəyə məğlub edib.

Görüşün əvvəlindəcə o, rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb. 

Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün finala vəsiqə əldə etmək lazımdır.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər