Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində II Dünya təsnifat turnirində finala yüksələrək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Fanat.az xəbər verir ki, güləşçimiz öncə Domonik Etlingeri (4:0) və Pavel Liax (9:7) qalib gəlib. 1/4 mərhələdə polşalı David Kareçinskiyə 6:1 hesabı ilə qalib gələn Rəsul Çunayev yarımfinalda Fransanı təmsil edən erməni əsilli idmançı Artak Marqaryanı böyük hesabla – 8:0 məğlub edib. Bununla o, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycanlı pəhləvanın qızıl medal uğrundakı rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.
Fanat.az