Rəsmi oyunda əvəzləndi – 9 ildən sonra

Rəsmi oyunda əvəzləndi – 9 ildən sonra

Lionel Messi 9 ildən sonra ilk dəfə Argentina millisinin rəsmi oyununda sona qədər meydanda olmayıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumçu Ekvador yığmasına 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ oyununun 89-cu dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Ezekiel Palasios çıxıb.

Argentinalı futbolçu 2014-cü ildə baş tutan dünya çempionatında, Nigeriyaya 3:2 hesabı ilə qalib gəldikləri qrup oyununda dubl etdikdən sonra 63-cü dəqiqədə əvəzlənmişdi.

Xatırladaq ki, Argentina yığması məhz Messinin qolu sayəsində Ekvadora qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər