Mövsümü gümüş mükafatla başa vuran "Zirə"də ilk ayrılıq yaşanıb. Fanat.az xəbər verir ki, bakılılar Rəşad Abdullayevlə yollarını ayırıb.
Klubdan aldığımız məlumata görə, bununla bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunub.
Qeyd edək ki, Abdullayev mövsümün əvvəlində "Zirə"yə AZAL-dan keçmişdi. O, bir müddət komandanı meydana kapitan kimi də çıxarmışdı.
Fanat.az